Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Dövlət İmtahan Mərkəzində 2021-ci ilin altı ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib

2021-07-12

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli tədbiri giriş sözü ilə açaraq bildirib ki, 2021-ci ilin birinci yarımili ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin və Mərkəzə aid cari tapşırıqların icra olunması diqqətdə saxlanılıb. Dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilib, 2 dövlət orqanının 4 qərarı isə dəyişdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış üçüncü sessiyasında Dövlət İmtahan Mərkəzinə dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili, test bankının yenilənməsi və zənginləşdirilməsinin təmin edilməsi tapşırılıb.

İsmayıl Qəribli bildirib ki, Dövlət İmtahan Mərkəzinə verilmiş tapşırıqlara uyğun olaraq il ərzində 6-sı işə qəbul, 4-ü attestasiya və 1-i sertifikasiya olmaqla, ümumilikdə 11 müsabiqə keçirilib. 2021-ci ilin ötən dövrü ərzində dövlət qulluğunda, hüquq mühafizə orqanlarında, dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması, attestasiya və sertifikasiya üçün keçirilən imtahanlarda 7468 namizəd iştirak edib, 4604 namizəd keçid balını toplayıb. Hesabat dövründə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda uğur qazanan 166 nəfər müvafiq vəzifələrə təyin olunub. Eyni zamanda ehtiyat kadrlar siyahısından 1 namizəd işlə təmin olunub.

O da qeyd olunub ki, bu il ilk dəfə olaraq tibb işçilərinin işə qəbulu test imtahanı vasitəsilə keçirilib. İmtahanın test mərhələsində 108 namizəd iştirak edib, onlardan 73-ü keçid balını toplayıb. Klinik tapşırıq mərhələsində iştirak edən 73 namizəddən 54-ü keçid balını toplayıb və onlardan 18-i müvafiq vəzifələrə təyin olunublar.

2021-ci ilin 6 ayı ərzində müəllimlərin işə qəbulu və sertifikasiyanın aparılması üçün 5494, tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması üçün 11629, musiqi müəllimlərinin işə qəbulu və sertifikatlaşdırma üçün 350, dövlət qulluğuna qəbulla əlaqədar 100 yeni sual olmaqla, ümumilikdə 17573 sual test bankına işlənib. Həmçinin musiqi müəllimlərinin işə qəbulu və attestasiyası üçün 2026 sual ekspertiza edilib.

Birinci yarımil ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş hazırlıq kurslarında ümumilikdə 192 nəfər, sınaq imtahanlarında isə 594 nəfər iştirak edib.

Qeyd olunub ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Dövlət İmtahan Mərkəzinə hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələrinin iştirakı ilə müxtəlif mövzularda 4 seminar və universitetin sonuncu kurs tələblələrinin iştirakı ilə "Karyera günü" keçirilib.

İsmayıl Qəribli bildirib ki, dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətinin keyfiyyətinin artırılması üçün dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların öyrənilməsi Dövlət İmtahan Mərkəzinin əsas hədəflərindən biri olub. "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”, “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda 2 seminar keçirilib, keçirilən seminarlarda ümumliklədə 88 dövlət qulluqçusu iştirak edib.

Sonra Mərkəzin İmtahanların təşkili və keçirilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov, Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Razi Məmmədov və Mühasibat uçotu və ümumi işlər şöbəsinin müdiri Kəramət Əliyev məruzə ətrafında çıxış ediblər.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    5
 Dünən    833
 Bu gün    371
 Ümumi    168367

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı