Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülər tərəfindən Şərur rayonunda vətəndaşlara səyyar xidmət göstərilib

2021-07-06

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu 6 iyul tarixində Şərur Rayon Təhsil Şöbəsinin inzibati binasında Şərur şəhərində və ətraf kəndlərdə yaşayan sakinlərə xidmət göstəriblər. Səyyar xidmət zamanı müəllimlərin dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.

Xidmətin həyata keçirilməsi zamanı könüllülər təlimlər zamanı əldə etdiyi bilikləri tətbiq edərək Mərkəzin əməkdaşının müşayiəti ilə vətəndaşlarla birbaşa ünsiyyətdə olub, onlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edib, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq skan edilmiş surətlərini şəxsi kabinetə yükləyib və qeydiyyatdan keçirərək müsabiqədə iştiraklarını təsdiq ediblər.

Xidmət zamanı Şərur rayonunda yaşayan 35 vətəndaşa səyyar xidmət göstərilib. Onu da qeyd edək ki, rayonlarda həyata keçirilən səyyar xidmət layihəsinin məqsədi vaxt və maliyyə itkisininin qarşısının alınması, rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət İmtahan Mərkəzinin inzibati binasına gələ bilməyən vətəndaşlara səyyar elektron xidmət göstərməkdir. Səyyar xidmətin təşkili vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradır. Həyata keçirilən xidmət sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    7
 Dünən    833
 Bu gün    409
 Ümumi    168405

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı