Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Təkrar attestasiyada uğur qazanan musiqi təhsili müəllimləri üçün müsahibə mərhələsi başlayıb

2021-06-10

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 8 may 2019-cu il tarixli qərarına əsasən musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyaimtahanları test üsulu və müsahibə vasitəsi ilə iki mərhələdə həyata keçirilir.

Birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququ əldə ediblər. Müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət İmtahan Mərkəzindən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır və müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır.

Müsahibənin nəticələri balla qiymətləndirilir. Müsahibə komissiyası müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir. Müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır. Müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”da öz əksini tapır. Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq.

Qeyd edək ki, 17-22 may tarixlərində keçirilən attestasiyanın test mərhələsində 516 müəllim iştirak edib. Naxçıvan Musiqi Kolleci üzrə 27, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə isə 383 müəllim olmaqla 410 nəfər müvafiq keçid balını toplayıb və müsahibədə iştirak etmək hüququ qazanıb.

Attestasiya və təkrar attestasiyada müvəffəqiyyət qazanmış dövlət musiqi təhsili müəssisələrinin müəllimləri üçün keçirilən müsahibə mərhələsi iyulun 1-dək davam edəcək.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    14
 Dünən    1329
 Bu gün    541
 Ümumi    128499

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı