Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanlarına start verilib

2021-06-07

Son illər Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılır, müasir dövlət idarəçilik sistemi formalaşdırılır. Dövlət idarəçiliyi sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının peşəkar kadrlarla komplektləşdirilməsidir. Buna uyğun olaraq da Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 11 mart 2021-ci il tarixdə elan olunmuş müsabiqənin test mərhələsinə start verilib.

Müsabiqəyə çıxarılmış 59 vakant vəzifənin tutulması üçün 730 müraciət qeydə alınıb. Müraciət edənlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi (148 nəfər), Təhsil Nazirliyi (142 nəfər), Dövlət Sosial Müdafiə Fondu (140 nəfər) öndə dayanır. Ən sıx müsabiqə vəziyyətinin yarandığı dövlət orqanı isə Gənclər və İdman Nazirliyidir. Nazirliyin təqdim etdiyi bir vakant vəzifənin tutulması üçün 100 namizəd qeydiyyatdan keçib.

İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, cəmi 100 sual təqdim olunur, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir.

7-22 iyun tarixlərində keçiriləcək test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.dim.nmr.az) yerləşdirilir. Test imtahanlarında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    10
 Dünən    1329
 Bu gün    497
 Ümumi    128455

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı