Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Naxçıvanda ilk dəfə keçirilən tibb işçilərinin işə qəbulu üzrə müsabiqəyə yekun vurulub

2021-05-31

Qeyd edək ki, 26-30 aprel tarixlərində keçirilən imtahanın test mərhələsində 106 namizəd iştirak etmiş, onlardan 76 nəfəri keçid balını toplamış və ikinci mərhələdə - klinik tapşırıq mərhələsində iştirak etmək hüququ qazanmışdır.

24-26 may tarixlərində keçirilən müsabiqənin ikinci mərhələsində namizədlərə klinik tapşırıqlar təqdim olunub. Qeyd edək ki, klinik tapşırıq hissəsi namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla və yazılı şəkildə keçirilib. Bu mərhələdə cavabların qiymətləndirilməsi mütəxəssislər cəlb edilməklə təmin edilib. Klinik tapşırıq hissəsi üzrə hər bir suala verilən cavab mütəxəssis tərəfindən 5 ballıq sistem əsasında qiymətləndirilir və sonra bütün suallar üzrə verilən ballar toplanılır (cəmi 25 mümkün bal). Klinik tapşırıq hissəsi üzrə 16 və ya daha çox bal toplamış şəxslər bu mərhələdən keçmiş hesab olunublar.

İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılır. Ən yüksək nəticəni göstərən namizəd vakant vəzifəyə təyin olunur. İmtahan nəticələrinə əsasən ikinci mərhələdə iştirak edən 73 namizəddən həkim vəzifələri üzrə 14 namizəddən 12-si, orta tibb işçisi vəzifələri üzrə 59 namizəddən 42-si müvafiq keçid balını toplayıb və onların siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün Səhiyyə Nazirliyinə göndərilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən ilk dəfə olaraq muxtar respublikada tibb işçilərinin işə qəbulu müsabiqə əsasında keçirilib.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    17
 Dünən    1329
 Bu gün    546
 Ümumi    128504

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı