Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində işləmək istəyənlərin nəzərinə: yeni hazırlıq qrupları fəaliyyətə başlayacaqdır!

2021-05-29

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinə işə qəbul və dövlət orqanlarında 7-ci təsnifat üzrə inzibati vəzifələrin tutulması üçün 10 iyun 2021-ci il tarixdən yeni hazırlıq qrupları fəaliyyətə başlayacaqdır. Tədris Dövlət İmtahan Mərkəzinin inzibati binasında təşkil olunacaqdır.

Aylıq ödənişi 100 manat olan hazırlıq kursu qanunvericilik, Azərbaycan dili, informasiya texnologiyaları və məntiq istiqamətləri üzrə aparılacaqdır. 3 aylıq kurs dövlət qulluğuna qəbul üzrə test imtahanı proqramına uyğun olaraq təşkil ediləcək.

Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ayın sonunda Dövlət İmtahan Mərkəzinin Test mərkəzində sınaq imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi hazırlıq kursunun iştirakçıları sınaq imtahanlarında güzəştli qiymətlərlə iştirak edəcəklər.

Hazırlıq kursuna qəbul üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin inzibati binasında aparılır. Ünvan: Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dim@nmr.az




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    11
 Dünən    1329
 Bu gün    503
 Ümumi    128461

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı