Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Sertifikatlaşdırma imtahanlarında iştirak edəcək müəllimlərin nəzərinə!

2021-05-25

1 iyul 2021-ci il tarixindən Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikatlaşdırmada iştirak edəcək müəllimlər üçün hazırlıq kurslarına start veriləcək.

Hazırlıq kursları Dövlət İmtahan Mərkəzinin inzibati binasında və Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə keçiriləcəkdir. Aylıq ödənişi 70 manat olan hazırlıq kursu 2 sahə - kurikulum və pedaqogika istiqamətləri üzrə aparılacaqdır.

İbtidai sinif müəllimləri üçün Azərbaycan dili, riyaziyyat, kurikulum və pedaqogika istiqamətləri üzrə hazırlıq kursunun aylıq ödəniş məbləği 120 manatdır.

Hazırlıq kurslarında iştirak etmək istəyənlər qeyd olunan məbləği Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzinin inzibati binasına yaxınlaşaraq və ya (036) 545-65-71 nömrəli telefonla əlaqə saxlayaraq qeydiyyatdan keçmək də mümkündür.

İştirakçıların hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Dövlət İmtahan Mərkəzinin Test mərkəzində sınaq imtahanları keçiriləcəkdir. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi hazırlıq kursunun iştirakçısı olan müəllimlər sınaq imtahanlarında güzəştli qiymətlərlə iştirak edəcəklər.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dim@nmr.az




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    3
 Dünən    833
 Bu gün    372
 Ümumi    168368

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı