Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanlarında iştirak edəcək müəllimlərin nəzərinə: sınaq imtahanı keçiriləcəkdir!

2021-05-03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanlarında iştirak edəcək müəllimlər üçün 5-8 may 2021-ci il tarixlərdə “sınaq imtahanı” keçirəcəkdir. Sınaq imtahanı ixtisas fənni, kurikulum və pedaqogika istiqamətləri üzrə olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.

Sınaq imtahanında iştirak etmək üçün müəllimlər 30 manat (Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 15 manat) məbləği Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Sınaq imtahanı Dövlət İmtahan Mərkəzinin Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dim@nmr.az




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    5
 Dünən    833
 Bu gün    456
 Ümumi    168452

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı