Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Dövlət İmtahan Mərkəzi hamiliklə bağlı tədbirləri davam etdirir

2021-04-29

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrin müvafiq istiqamətdə biliklərinin artırılması, tələbələri maraqlandıran mövzulara aydınlıq gətirilməsi, onların peşəkar kadrlar kimi formalaşdırılması üçün mütəmadi tədbirlər keçirilir.

Bu istiqamətdə keçirilən növbəti tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin kafedra müdiri Flora Kərimova bildirib ki, İmtahan Mərkəzi tərəfindən keçirilən şəffaf imtahanlar cəmiyyət arasında müsbət ictimai rəyin formalaşmasına, gənclərin bu istiqamətdə marağının daha da artmasına şərait yaradır.

Qeyd olunub ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Dövlət İmtahan Mərkəzi əməkdaşlarının tələbələrlə görüşlərinin keçirilməsi, Mərkəzin iş prinsipi ilə onların tanış edilməsi bu istiqamətdə atılan uğurlu addımların davamıdır.

Sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Məmməd Babayev “Dövlət qulluğuna qəbulun müsahibə mərhələsinin keçirilməsi” və Zaman Bağırov “Azərbaycan Respublikasının Konstitusiyası dövlət qulluğuna dair qanunvericiliyin təməlidir” mövzularında hazırlanmış slaydlar vasitəsilə geniş məlumat veriblər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    1
 Dünən    1099
 Bu gün    108
 Ümumi    77872

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı