Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə: Sınaq imtahanı keçiriləcəkdir!

2021-04-19

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün 24-25 aprel 2021-ci il tarixlərdə sınaq imtahanı keçiriləcəkdir.
Sınaq imtahanı inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun inzibati vəzifələrin tutulması üzrə test proqramını əhatə edəcəkdir. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
Sınaq imtahanında iştirak etmək üçün namizədlər 30 manat (hazırda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 15 manat) məbləği Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 24 aprel 2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinə gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Sınaq imtahanı İmtahan Mərkəzinin Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dim@nmr.az




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    2
 Dünən    1099
 Bu gün    101
 Ümumi    77865

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı