Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

İmtahanların keçirilməsi uğurla davam etdirilir

2021-04-02

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi mart ayında da fəaliyyətini davam etdirərək üzərinə düşən vəzifələrin icrasını həyata keçirib. Ay ərzində dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv edilib.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 14 oktyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi martın 13-də başa çatıb. Müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 341 nazmizəddən 235-i müsahibə mərhələsində iştirak edib, onlardan 115-i müvəffəqiyyət qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 90 nəfərin sənədi təyin olunmaq üçün müvafiq dövlət orqanlarına göndərilib.
Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının keçirilməsi Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uğun olaraq mart ayında da davam edib. Aprelin 1-ə qədər, ümumilikdə, 4210 təhsilverən sertifikasiya imtahanında iştirak edib. Onlardan 2412-si müvafiq keçid balını toplayıb. Muxtar respublika üzrə riyaziyyat, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, fiziki tərbiyə, biologiya və texnologiya müəllimlərinin sertifikasiyası tam başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq mərkəzə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələrinə “Dövlət qulluğu və dövlət qulluqçusu”, “Dövlət qulluğunun icra funksiyalarının yerinə yetirilməsində dövlət qulluqçularının fərdi məsuliyyəti”, “Dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi qaydaları” və “Dövlət qulluqçularına aid hüquqi məsuliyyət tədbirləri” mövzularında seminarlar keçirilib.
Mart ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında 110, müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarında 21 nəfər, dövlət qulluğuna qəbulla bağlı keçirilən sınaq imtahanında 26 nəfər iştirak edib.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    4
 Dünən    545
 Bu gün    155
 Ümumi    61220

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı