Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərin nəzərinə: Sonuncu sınaq imtahanı keçiriləcəkdir!

2021-03-31

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Sertifikasiya imtahanında iştirak edəcək müəllimlər üçün 4 aprel 2021-ci il tarixdə “sınaq imtahanı” keçiriləcəkdir. Sınaq imtahanı ixtisas fənni, kurikulum və pedaqogika istiqamətləri üzrə olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
Sınaq imtahanında iştirak etmək üçün müəllimlər 30 manat məbləği Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 3 aprel 2021-ci il tarixədək Dövlət İmtahan Mərkəzinə gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Sınaq imtahanı Dövlət İmtahan Mərkəzinin Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.


Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dim@nmr.az




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    2
 Dünən    545
 Bu gün    169
 Ümumi    61234

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı