Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib

2021-03-30

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə növbəti görüşü keçirilib.
İqtisadiyyat və idarəetmə fakültəsində keçirilən görüşü fakültənin kafedra müdiri Flora Kərimova açaraq bildirib ki, belə tədbirlərin mütəmadi olaraq davam etdirilməsi, keçirilən görüşlər, tələbələri maraqlandıran mövzuların aydınlaşdırlması onların gələcəkdə peşəkar kadrlar kimi formalaşmaları üçün əlverişli şərait yaradır.
Sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Məmməd Babayev “Dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi qaydaları” və Zaman Bağırov “Dövlət qulluqçularına aid hüquqi məsuliyyət tədbirləri” mövzularında hazırlanmış slaydlar vasitəsilə geniş məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    2
 Dünən    545
 Bu gün    178
 Ümumi    61243

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı