Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Dövlət İmtahan Mərkəzinin hamiliklə bağlı növbəti görüşü keçirilib

2021-03-12

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə növbəti görüşü keçirilib.
Görüşü Naxçıvan Dövlət Universitetin kafedra müdiri Flora Kərimova giriş sözü ilə açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə müxtəlif ixtisaslar muxtar respublikanın dövlət orqanlarına hamiliyə verilib. Bu Sərəncam ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıyır və yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur.
Flora Kərimova belə tədbirlərin mütəmadi olaraq davam etdirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, keçirilən görüşlər, tələbələri maraqlandıran mövzuların aydınlaşdırlması onların gələcəkdə peşəkar kadrlar kimi formalaşmaları üçün əlverişli şərait yaradır.
Sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Məmməd Babayev “Dövlət qulluğu və dövlət qulluqçusu” və Zaman Bağırov “Dövlət qulluğunun icra funksiyalarının yerinə yetirilməsində dövlət qulluqçularının fərdi məsuliyyəti” mövzularında hazırlanmış slaydlar vasitəsilə geniş məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    5
 Dünən    545
 Bu gün    158
 Ümumi    61223

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı