Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi
DQMK
 DQMK

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün yeni hazırlıq kursları fəaliyyətə başlayacaqdır!

2021-03-12

Dövlət orqanlarında 6-cı təsnifat üzrə inzibati vəzifələrin tutulması üzrə 15 mart 2021-ci il tarixdən yeni hazırlıq kursu fəaliyyətə başlayacaqdır. Hazırlıq kursu Dövlət İmtahan Mərkəzinin inzibati binasında təşkil olunacaqdır.
Aylıq ödənişi 100 manat olan hazırlıq kursu qanunvericilik, Azərbaycan dili, informasiya texnologiyaları və məntiq istiqamətləri üzrə aparılacaqdır.
3 aylıq kurs dövlət qulluğuna qəbul üzrə test imtahanı proqramına uyğun olaraq təşkil ediləcək. Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ayın sonunda Dövlət İmtahan Mərkəzinin Test mərkəzində sınaq imtahanları keçiriləcək.
Onu da qeyd edək ki, kurslar günorta (həftədə 2 dəfə olmaqla saat 14:00-dan 18:00-dək) və axşam (həftədə 4 dəfə olmaqla saat 18:00-dan və 20:00-dək) növbələri üzrə təşkil olunacaq.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin inzibati binasında aparılır. Ünvan: Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dim@nmr.az




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    1
 Dünən    545
 Bu gün    145
 Ümumi    61210

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı