Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərin nəzərinə: sınaq imtahanı keçiriləcəkdir!
2021-02-19
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikasiya imtahanlarında iştirak edəcək müəllimlər üçün 21, 22 və 28 fevral 2021-ci il tarixlərdə “sınaq imtahanı” keçiriləcəkdir. Sınaq imtahanı ixtisas fənni, kurikulum və pedaqogika istiqamətləri üzrə olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
Sınaq imtahanında iştirak etmək üçün müəllimlər 30 manat məbləği Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 21 fevral 2021-ci il tarixədək Dövlət İmtahan Mərkəzinə gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Sınaq imtahanı Dövlət İmtahan Mərkəzinin Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dim@nmr.az