Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Müəllimlərin işə qəbulu və sertifikatlaşdırma imtahanlarında iştirak edəcək müəllimlərin nəzərinə!

2021-02-15

1 mart 2021-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin inzibati binasında müəllimlərin işə qəbulu və sertifikatlaşdırma imtahanlarında iştirak edəcək şəxslər üçün yeni hazırlıq kursları fəaliyyətə başlayacaqdır.
Aylıq ödənişi 70 manat olan hazırlıq kursu 2 sahə - kurikulum və pedaqogika istiqamətləri üzrə aparılacaqdır.
İbtidai sinif müəllimləri üçün isə Azərbaycan dili, riyaziyyat, kurikulum və pedaqogika istiqamətləri üzrə hazırlıq kursunun aylıq ödəniş məbləği 120 manatdır.
İştirakçıların hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Dövlət İmtahan Mərkəzinin Test mərkəzində sınaq imtahanları keçiriləcəkdir. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi hazırlıq kursunun iştirakçısı olan müəllimlər sınaq imtahanlarında güzəştli qiymətlərlə iştirak edəcəklər.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 23) aparılır.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dim@nmr.az




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    4
 Dünən    628
 Bu gün    178
 Ümumi    36918

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı