Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən test imtahanları başa çatıb

2021-01-13

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu üçün 17 noyabr 2020-ci ildə elan edilmiş müsabiqənin test imtahanları başa çatıb. 261 namizədin sənəd təqdim etdiyi müsabiqəyə 156 vakant vəzifə çıxarılıb.
Keçirilən müsabiqənin nəticələrinə görə imtahanlarda iştirak edən 248 namizəddən 136 nəfəri müvafiq keçid balını toplayıb. 13 nəfər isə imtahanlarda iştirak etməyib. İmtahan nəticələrinə əsasən ən yüksək göstəricilər ingilis dili, Azərbaycan dili, riyaziyyat, coğrafiya, fizika və ibtidai sinif müəllimliyi ixtisasları üzrə qeydə alınıb. Müsabiqədə iştirak edənlərlə müvəffəqiyyət qazananların say nisbətində ən yüksək nəticələri isə Naxçıvan şəhəri (100 %), Culfa (77 %), Ordubad (63 %) və Babək (57 %) rayonlarından müraciət edən namizədlər göstərib.
“Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının aparılması qaydaları”na uyğun olaraq vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaq. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Onu da qeyd edək ki, ali və orta ixtisas təhsilli namizəd tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.
Test imtahanları şəffaflıq əsasında elektron proqram təminatı vasitəsilə keçirilib. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılıb. İmtahanları bitdikdən dərhal sonra iştirakçılara test imtahanlarının nəticəsinə dair arayış təqdim edilib.
Test imtahanlarında namizədlər tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    3
 Dünən    737
 Bu gün    511
 Ümumi    10129

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı