Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Muxtar respublikada müəllimlərin işə qəbulu üçün test imtahanlarına start verilib

2020-12-28

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu üçün 17 noyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına start verilmişdir. Müsabiqəyə 156 vakant vəzifə çıxarılmışdır. Müsabiqəyə ən çox Şərur rayonu (41), Ordubad rayonu (39) və Şahbuz rayonu (26) üzrə vakant vəzifə çıxarılmışdır.
Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilmişdir. 262 namizəd sənəd təqdim etmişdir ki, ən çox müsabiqə vəziyyəti Tarix (49), İbtidai sinif müəllimliyi (45), İngilis dili (38) və Coğrafiya (24) ixtisasları üzrə qeydiyyata alınmışdır.
28 dekabr 2020-ci il tarixdə başlayan test imtahanlarında hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Qeyd edək ki, test imtahanları şəffaflıq əsasında elektron proqram təminatı vasitəsilə keçirilir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana bilirlər. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılır. Test imtahanları bitdikdən dərhal sonra iştirakçılara test imtahanlarının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri gündəlik olaraq Mərkəzin rəsmi internet portalında (www.dim.nmr.az) yerləşdirilir. Test imtahanlarında namizədlər tibbi maskadan istifadə etmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.
Test imtahanları 11 yanvar 2021-ci il tarixədək davam edəcəkdir.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    1
 Dünən    515
 Bu gün    3
 Ümumi    10136

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı