Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

“Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları” mövzusunda maarifləndirici seminar keçirilmişdir

2020-12-25

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən “Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları” mövzusunda maarifləndirici seminar keçirilmişdir. 25 dekabr 2020-ci il tarixdə keçirilən seminarda 32 dövlət orqanının əməkdaşı iştirak etmişdir. Seminar zamanı tibbi maskadan istifadə edilmiş, eləcə də sosial məsafənin qorunması və digər sanitar-gigiyenik tələblərə əməl olunması məqsədilə seminar iki seans olmaqla keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün muxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də diqqət və qayğı ilə əhatə olunub, vətəndaşların müsabiqə və şəffaflıq əsasında işə qəbulu üçün hərtərəfli şərait yaradılıb. Dövlət orqanlarında altıncı-yeddinci təsnifat üzrə vakant vəzifələrin tutulması Mərkəz tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Bugünkü seminarın məqsədi vətəndaşların dövlət qulluğuna qəbulu qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsidir.
Daha sonra Mərkəzin əməkdaşı Orxan Abdullayev hazırlanmış slayd vasitəsi ilə “Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları”nı izah etmişdir. O.Abdullayev dövlət qulluğuna qəbulun müsabiqə əsasında keçirildiyini bildirərək, müsabiqənin test və müsahibə mərhələlərinin qanunvericiliyə uyğun şəkildə keçirilməsi, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin vakant vəzifələrə təyin olunması, eləcə də ehtiyat kadrlar siyahısı barədə geniş məlumat vermişdir
Sonda geniş müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Seminara Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli yekun vurmuşdur.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    4
 Dünən    530
 Bu gün    433
 Ümumi    13037

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı