Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse imtahanı keçirilib

2020-12-21

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse imtahanı keçirilib.
İmtahan başlanmamışdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılmış, esse yazmaq üçün onlara 90 dəqiqə vaxt verilmişdir.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Ötən 25 ildə müasir Naxçıvan” mövzusu təqdim edilmişdir. İştirakçılar esse yazarkən fikirlərini məntiqi ardıcıllıqla ifadə etmiş və abzaslarla fərqləndirmiş, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirmiş, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etməyə çalışmışlar.
Yazı işləri yoxlanılarkən yuxarıdakı meyarlar nəzərə alınmış və iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilmişdir. Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 12 nəfərdən 12-si imtahanda iştirak etmiş, onlardan 8-i müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
İmtahan zamanı tibbi maskadan istifadə edilmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.




NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!






SAYĞAC
 Online    5
 Dünən    530
 Bu gün    448
 Ümumi    13052

Tarix: 09 yanvar 2021 (Şənbə) 10:38:03

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi - 2021 © Bütün hüquqlar qorunur.
  Yuxarı