Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri proqramı təqdim olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri proqramı təqdim olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. Cari ildə Ali Məclis Sədrinin diqqəti və qayğısı ilə Mərkəzin maddi-texniki bazası gücləndirilib, vətəndaşlara daha yaxşı xidmət imkanının yaradılması üçün müvafiq tədbirlər davam etdirilib, 2 yeni server avadanlığı və 37 yeni komputerin quraşdırılması ilə Test mərkəzində eyni anda 51 namizədin imtahan verməsi üçün şərait yaradılıb və test imtahanı proqramı təkmilləşdirilib.

İnnovativ yeniliklərin tətbiqinin davam etdirilməsi nəticəsində Mərkəzin 2 proqram təminatı yenidən işlənib, 2 proqram təminatı isə təkmilləşdirilib, – deyən İsmayıl Qəribli vurğulayıb ki, bu gün Dövlət Qulluqçularının Reyestri Proqramı təqdim olunur. Yeni proqram dövlət qulluqçusunun “elektron şəxsi işi”nin yaradılmasına imkan verir.

Sonra Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Razi Məmmədov çıxış edərək slayd vasitəsilə Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları haqqında ətraflı məlumat verib. Bildirilib ki, Proqrama hesabatlar modulu əlavə edilib və axtarış modulu təkmilləşdirilərək 29 kateqoriya üzrə axtarış imkanı yaradılıb. Hesabatlar moduluna statistik məlumatlar, təsnifat üzrə, dövlət qulluqçularının sayı haqqında, dövlət orqanlarının siyahısı haqqında, habelə dövlət qulluqçularının stajı üzrə məlumatlar altbölmələri əlavə edilib.

Bildirilib ki, Reyestrin aparılmasına dair anket forması təkmilləşdirilib və yeniliklər əlavə olunub. Dövlət Qulluqçularının Reyestrində aparılan yeniləmələrə uyğun olaraq növbəti ixtisas dərəcələrinin verilməsi haqqında məlumatı əks etdirən bölmə, arayış və sənədlər altbölməsi yaradılıb. Sənədlər altbölməsi dövlət qulluqçusunun elektron sənədlərinin toplanması, istifadəsi və arxivləşdirilməsi üçün əlverişli imkan yaradır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestrinin aparılması və məlumatların Reyestrə daxil edilməsi qaydaları barədə ətraflı məlumat verilib. İki seans olmaqla 50 dövlət orqanını təmsil edən nümayəndənin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dövlət İmtahan Mərkəzi hamiliklə bağlı növbəti görüş keçirib

Dövlət İmtahan Mərkəzi hamiliklə bağlı növbəti görüş keçirib

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin Mərkəzə yeni hamiliyə verilmiş Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alan tələbələrlə görüşüb.

Dövlət İmtahan Mərkəzinin əməkdaşları Məmməd Babayev “Dövlət qulluğu və dövlət qulluqçusu”, Yusif Əsədov isə “Azərbaycanda dövlət qulluğunun təşəkkülü və əsas tarixi mərhələləri” mövzularında hazırlanmış slaydlar vasitəsilə geniş məlumat veriblər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb

Dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün test imtahanları keçirilir

Dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün test imtahanları keçirilir

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə – psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.

Müsabiqəyə müraciət etmiş 227 namizəd 89 vakant vəzifənin tutulması üçün biliklərini yoxlayacaq. Vakansiyalar üzrə ən çox müraciət edən namizədlər kitabxana müdiri (125), uşaq birliyi təşkilatının rəhbəri (31) və psixoloq (29) vəzifələri üzrə olub. Şərur (67), Babək (56) və Culfa (36) rayonları müraciət edənlərin sıxlığına görə öndə dayanır.

Müsabiqədə hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Qanunvericiliyə əsasən keçid balını yığmaqla ən yüksək nəticə göstərmiş şəxs müvafiq vəzifəyə təyin olunacaq.

Onu da qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumtəhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 14 aprel 2018-ci il tarixli qərarına əsasən tərbiyəçi, psiхоlоq, uşaq birliyi təşkilatının rəhbəri, laborant, kitabxana müdiri, kitabхanaçı vəzifələrinə işə qəbul üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

Test imtahanları noyabrın 30-a qədər davam edəcək.