Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri proqramı təqdim olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri proqramı təqdim olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. Cari ildə Ali Məclis Sədrinin diqqəti və qayğısı ilə Mərkəzin maddi-texniki bazası gücləndirilib, vətəndaşlara daha yaxşı xidmət imkanının yaradılması üçün müvafiq tədbirlər davam etdirilib, 2 yeni server avadanlığı və 37 yeni komputerin quraşdırılması ilə Test mərkəzində eyni anda 51 namizədin imtahan verməsi üçün şərait yaradılıb və test imtahanı proqramı təkmilləşdirilib.

İnnovativ yeniliklərin tətbiqinin davam etdirilməsi nəticəsində Mərkəzin 2 proqram təminatı yenidən işlənib, 2 proqram təminatı isə təkmilləşdirilib, – deyən İsmayıl Qəribli vurğulayıb ki, bu gün Dövlət Qulluqçularının Reyestri Proqramı təqdim olunur. Yeni proqram dövlət qulluqçusunun “elektron şəxsi işi”nin yaradılmasına imkan verir.

Sonra Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Razi Məmmədov çıxış edərək slayd vasitəsilə Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları haqqında ətraflı məlumat verib. Bildirilib ki, Proqrama hesabatlar modulu əlavə edilib və axtarış modulu təkmilləşdirilərək 29 kateqoriya üzrə axtarış imkanı yaradılıb. Hesabatlar moduluna statistik məlumatlar, təsnifat üzrə, dövlət qulluqçularının sayı haqqında, dövlət orqanlarının siyahısı haqqında, habelə dövlət qulluqçularının stajı üzrə məlumatlar altbölmələri əlavə edilib.

Bildirilib ki, Reyestrin aparılmasına dair anket forması təkmilləşdirilib və yeniliklər əlavə olunub. Dövlət Qulluqçularının Reyestrində aparılan yeniləmələrə uyğun olaraq növbəti ixtisas dərəcələrinin verilməsi haqqında məlumatı əks etdirən bölmə, arayış və sənədlər altbölməsi yaradılıb. Sənədlər altbölməsi dövlət qulluqçusunun elektron sənədlərinin toplanması, istifadəsi və arxivləşdirilməsi üçün əlverişli imkan yaradır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestrinin aparılması və məlumatların Reyestrə daxil edilməsi qaydaları barədə ətraflı məlumat verilib. İki seans olmaqla 50 dövlət orqanını təmsil edən nümayəndənin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

qarallama

Vəzifənin adı:Baş mühasib
Təhsilə dair tələblər:Vəzifəyə uyğun ali təhsil (mühasibat uçotu, audit, maliyyə
İş stajına dair tələblər:Uyğun vəzifələrdə 2 il iş stajı
Kompüter biliklərinə dair tələblər:MS Windows, MS Office, İnternet (orta səviyyədə)

Sertifikasiya imtahanlarında iştirak edəcək müəllimlərin nəzərinə: Sınaq imtahanı keçiriləcəkdir!

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikasiya imtahanlarında iştirak edəcək müəllimlər üçün 6-11 dekabr 2021-ci il tarixlərdə sınaq imtahanı keçiriləcəkdir. Sınaq imtahanı ixtisas fənni, kurikulum və pedaqogika istiqamətləri üzrə olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.

Sınaq imtahanında iştirak etmək üçün müəllimlər 30 manat (Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi hazırlıq kursunda hal-hazırda iştirak edənlər 15 manat) məbləği Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına ödəməli və 6 dekabr 2021-ci il tarixədək Dövlət İmtahan Mərkəzinə gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Sınaq imtahanı Dövlət İmtahan Mərkəzinin Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.

Qeyd: 6 dekabr 2021-ci il tarixədək ödənişə dair qəbzi təqdim etməyən namizəd sınaq imtahanına buraxılmayacaq. Ödəniş heç bir halda nağd formada qəbul edilməyəcək.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71