Dövlət İmtahan Mərkəzi hamiliklə bağlı görüş keçirib

Dövlət İmtahan Mərkəzi hamiliklə bağlı görüş keçirib

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.

Görüşü Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova giriş sözü ilə açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə müxtəlif ixtisasların aiddiyatı orqanlara hamiliyə verilməsi ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıyır və yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur.

Flora Kərimova belə tədbirlərin mütəmadi olaraq davam etdirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, keçirilən görüşlər, tələbələri maraqlandıran mövzuların aydınlaşdırılması onların gələcəkdə peşəkar kadrlar kimi formalaşmaları üçün əlverişli şərait yaradır.

Sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Razi Məmmədov “Azərbaycanda dövlət qulluğunun təşəkkülü və əsas tarixi mərhələləri”, Məmməd Babayev isə “Dövlət qulluğu və dövlət qulluqçusu” mövzularında hazırlanmış slaydlar vasitəsilə geniş məlumat veriblər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb