Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul olmaq istəyənlərin nəzərinə!

Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün

 

MÜSABİQƏ ELANI

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 14 avqust-14 sentyabr 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dan 1730-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.

Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər.

Maraqlananlar Dövlət İmtahan Mərkəzinin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya dim@nmr.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.